Mütəxəssislər yapışmayan qabların təhlükələri barədə xəbərdarlıq etdilərbackend

Bir vaxtlar bazarda yapışmayan qabların görünüşü əsl sensasiyaya çevrildi. Bununla belə, hər hansı digər mətbəx qabı kimi, onun da ömrü var və düzgün qulluq tələb edir. Bu barədə Gazeta.Ru-ya ROSBIOTECH Universitetinin qida sənayesi, mehmanxana biznesi və xidmət kafedrasının dosenti Dmitri Bıstrov məlumat verib.

Yapışmayan örtük zamanla köhnəlir və cızılır. Bir sıra araşdırmalar göstərib ki, həll olunmayan mikrohissəciklər çiplər vasitəsilə orqanizmə daxil ola bilir. Və məsələn, ən məşhur yapışmayan örtük olan teflon tavaların tərkibində bədəndə toplana bilən və ətraf mühitdə praktiki olaraq parçalanmayan sabit birləşmə olan perfluorooktan turşusu ola bilər”, – deyə o izah edib. Bıstrovun fikrincə, riski minimuma endirmək üçün daha təhlükəsiz yapışmayan örtüklü qablar seçməlisiniz.

“Məsələn, keramika və ya titan əsasında. Amma hətta belə qablar da çatlar, cızıqlar və ya çiplər əmələ gələndə dərhal dəyişdirilməlidir”, – deyə ekspert yekunlaşdırıb.

Mənbə: mail.ru

Aynur Camal