Müttəhim hakimə hücum etdibackend

ABŞ-da məhkəmə qarışıb!

Neva ştatında hakim hökm oxunarkən müttəhimin hücumuna məruz qalıb. Məhkəmə zalındakı kamera hadisələri anbaa lentə alıb.

Hökümdə müttəhimin şərti azadlığa buraxılması tələbi rədd edilib.

Təqsirləndirilən şəxs yerindən sıçrayaraq müdafiə masasının və tribunanın üstündən tullanıb və hakimi nişan alıb. Hücum nəticəsində hakim yaralanıb, lakin xəstəxanaya yerləşdirilməyə ehtiyac olmayıb. Həbs edilən müttəhim, 30 yaşlı Deobra Delone Redden yeni cinayət ittihamları ilə üzləşib.

Məhkəmə zalının kameralarına düşən anlarda Klark dairəsinin hakimi Meri Kay Holthus təcavüzkarın ona yaxınlaşdığını görüb. O, tədbir görməyə çalışsa da, bacara bilməyib.

Hakim hücumdan sonra kreslosundan yerə yıxılıb. Məhkəmədəkilər müttəhimə müdaxilə ediblər. Müdaxilə edən zabitin çiyni yerindən çıxıb. Zabit xəstəxanaya aparılıb.

Bölgə prokuroru Richard Scow hücum anı ilə bağlı “O qədər tez baş verdi ki, nə edəcəyini bilmək çətin idi” deyib.

“Məhkəmə sistemini qorumaq üçün nə lazımdırsa edəcəyik”.

ABC-nin məlumatına görə, məhkəmənin sözçüsü Meri Enn Prays bildirib ki, məmurlar “bütün protokolları nəzərdən keçirir və məhkəmə sistemini, ictimaiyyəti və işçi heyətini qorumaq üçün lazım olan hər şeyi edəcəklər”.

Mənbə: EnSonHaber

Aynur Camal