Nağıl qəhrəmanının geymini oğurlayan şəxs tutuldubackend

“Oz sehrbazı” filmində Cudi Qarlandın geydiyi ikonik qırmızı ayaqqabıları oğurlayan Terri Con Martin adlı oğru 23 min 500 dollar cərimə olunub.

Cudi Qarlandın Oz Sehrbazı filmində geyindiyi ikonik qırmızı ayaqqabılar 2005-ci ildə sərgiləndikləri Cudi Qarland Muzeyindən oğurlanmışdı və FTB ayaqqabıları 2018-ci ildə keçirdiyi əməliyyat zamanı tapdıqlarını açıqlayıb.

2023-cü ilin oktyabrında baxılan işdə isə oğru Terri Con Martin günahını etiraf edib, lakin məhkəmə Martini səhhətinin pis olduğu üçün həbslə cəzalandırmamağa və işi təxirə salmağa qərar vermişdi.

Dünən keçirilən məhkəmədə ABŞ Prokurorluğu Martinin sağlamlıq vəziyyətini nəzərə alaraq ona 1 il sınaq müddəti verilməsinə və ayaqqabıların sərgiləndiyi Cudi Qarland Muzeyinə 23 min 500 dollar cərimə ödəməsinə qərar verib.

Mənbə: hurriyyət.tr

Aynur Camal