Nahardan 45 dəqiqə sonra dünyasını dəyişdibackend

Nyu-York Universitetinin həkimi Disneyin Floridadakı restoranlarından birində yemək yedikdən az sonra dünyasını dəyişib. Bədbəxt qadının əri restoranı səhlənkarlıqda ittiham edərək məhkəməyə verib.

Manhettendəki NYU Langone xəstəxanasında işləyən həkim Kanokporn Tangsuan oktyabrın 5-də Disney Springsdəki “Raglan Road İrish Restoranı”nda nahar etdikdən sonra qəflətən öldü.

Onun həyat yoldaşı Ceffri Pikkolo Florida ştatının rayon məhkəməsinə müraciət edərək arvadının restoran işçilərinin səhlənkarlığı ucbatından öldüyünü iddia edib.

İş materiallarına görə, Tanqsuanın qoz-fındıq və süd məhsullarına allergiyası olub. O, yemək yediyi restoranda çalışanlara bunu təkid etsə də, işçilər allergensiz yemək hazırlaya biləcəklərini təkid ediblər.

Gənc qadın daha sonra brokoli və qarğıdalı qızartması, tarak və soğan halqaları sifariş edib.

İddia ərizəsində bildirilir ki, Tangsuan dəfələrlə işçilərdən yoxlama tələb edib və ofisiantlar qadını əmin ediblər ki, onun yeməyində allergen heç nə yoxdur.

Qadın axşam yeməyindən sonra alış-veriş mərkəzinə gedib və özünü pis hiss etməyə başlayıb. 45 dəqiqədən sonra nəfəs almaqda çətinlik çəkən həkim yıxılıb və təcili olaraq xəstəxanaya aparılıb.

Xəstəxanadan verilən açıqlamada allergik reaksiyası olan qadına dərhal epi-qələm (allergik fövqəladə hallarda istifadə edilən dərman) verildiyi, lakin onu xilas etmək mümkün olmadığı bildirilib.

Məhkəmə-tibb ekspertizasının rəyinə görə, qadın süd məhsulları və qoz-fındıqların yaratdığı anafilaksiyadan dünyasını dəyişib.

Anafilaksi dərhal müalicə edilməli olan ciddi, potensial həyati təhlükəsi olan allergik reaksiyadır. Bu reaksiya allergiyası olan şəxs fıstıq və ya arı sancması kimi allergiyası olan bir obyektə məruz qaldıqdan bir neçə saniyə sonra baş verə bilər.

Həyat yoldaşını itirən kədərli həyat yoldaşı Floridanın nahaq ölüm qanununa əsasən məhkəməyə müraciət edərək 50.000 dollardan çox təzminat tələb etdi.

Restoran təqdim etdiyi yeməklərin allergen olub-olmadığını dəqiq bildirməməkdə və əməkdaşlarına bu mövzuda təlim keçməməkdə ittiham olunur.

Bu gün ABŞ mətbuatında çıxan xəbərlərdə sözügedən restoranın qida allergiyası olan insanlar üçün xüsusi yeməklərlə reklam kampaniyaları apardığı iddia edilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal