Narkotik bandaları arasında iranlı qadın öldürüldübackend

Ötən həftə Meksikada narkotik kartelləri arasında baş verən silahlı qarşıdurma zamanı Niko Hünərbəxş adlı İran əsilli amerikalı qadın güllələnərək öldürülüb.

Məlumata görə, 44 yaşlı Niko Hünərbəxş Narkotiklə Mübarizə İdarəsinin keçmiş xüsusi təyinatlılarından birinin həyat yoldaşı olub və onun narkotik mafiyaları ilə heç bir əlaqəsi olmayıb.

Qeyd olunub ki, Meksikada lüks bir otelin restoranında öldürülən iranlı qadından əlavə, 22 yaşlı narkotik satıcısı da güllələnib.

Mənbə: Azad İran

Aynur Camal