NASA çoxdan gözlənilən UFO hesabatını açıqlayacaqbackend

ABŞ Aeronavtika və Kosmos Agentliyinin (NASA) bu gün “naməlum uçan obyektlər” (UFO) ilə bağlı hesabatını paylaşacağı gözlənilir.

NASA-nın 2022-ci ildə təyin etdiyi müstəqil UFO tədqiqat qrupunun tapıntılarını müzakirə etmək üçün NASA-nın qərargahında mətbuat konfransı keçirilməsi planlaşdırılır.

Məsələ uzun müddət idi ki, ictimaiyyətin diqqətini cəlb edirdi.

ABŞ-da “UFO” əvəzinə “naməlum anormal fenomen” (UAP) termini istifadə olunmağa başladı.