NASA astronavtı Frank Rubion Beynəlxalq Kosmik Stansiyada pomidor yetişdirmək istəyib. Apardığı təcrübə çərçivəsində yetişdirdiyi pomidor qəfil yoxa çıxıb. Keçən avqustda kosmos stansiyasına gedən astronavt Jasmin Moghbeli, “Bu dostumuz Frank Rubio uzun müddətdir pomidor yeməkdə ittiham olunur. Ancaq biz ona bəraət qazandıra bilərik” deyib.
Hələ də pomidorun vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.
Pomidoru yeməkdə şübhəli bilinən astronavt Rubio kosmos missiyasından Yerə qayıtdıqdan sonra etdiyi çıxışında
“Onu (pomidoru) velcro ilə yapışdırdığımdan əmin idim. Amma mən qayıdanda o yox idi. Ən çox pomidor yemədiyimi sübut etmək üçün onu tapmaq istəyirdim”- deyə açıqlama verib.
Mənbə: hurriyyət.tr
Aynur Camal