NASA elan etdi: Bennuda həyat izləri varbackend

NASA 100 milyon kilometr uzaqlıqdakı Bennu asteroidindən Yerə göndərilən nümunələrin ilk tapıntılarını paylaşıb. Bildirilib ki, 4,5 milyard illik asteroid karbonla zəngindir və tərkibində su var.

“Yeni Gundem” xəbər verir ki, 3 il əvvəl Bennu asteroidinin səthindən nümunələr toplayan NASA-nın Osiris-Rex kosmik gəmisi keçən ay nümunələri möhürlənmiş kapsulda Yerə göndərmişdi.

2016-cı ildə orbitə buraxılan Osiris-Rex kosmik gəmisi nümunələri 7 illik səyahətdən sonra keçən ay Yerə gətirdi.

Nümunələr sentyabrın 24-də Yerə çatdı. “Osiris-Rex tərəfindən qaytarılan nümunə indiyə qədər Yerə qaytarılmış ən böyük karbonla zəngin asteroid nümunəsidir və elm adamlarına gələcək nəsillər üçün öz planetimizdə həyatın mənşəyini araşdırmaqda kömək edəcək”, – NASA Administratoru Bill Nelson bildirib.

“NASA-da etdiyimiz demək olar ki, hər şey kim olduğumuz və haradan gəldiyimizlə bağlı suallara cavab vermək məqsədi daşıyır” Nelson deyib. “NASA-nın Osiris-Rex kimi missiyaları Yer kürəsini təhdid edə biləcək asteroidlər haqqında anlayışımızı təkmilləşdirəcək” deyib.

NASA prezidenti karbonun asteroid nümunəsinin ümumi çəkisinin təxminən 5 faizini təşkil etdiyini, həm üzvi, həm də mineral formada olduğunu, suyun isə gil minerallarının kristal quruluşunda olduğunu bildirib.

Tapıntılar nümunənin elektron mikroskopiya, rentgen-kompüter tomoqrafiyası ilə skan edilməsini əhatə edən ilkin analiz nəticəsində əldə edilib. NASA-nın verdiyi açıqlamada, “Asteroiddən gələn qayaların və tozların sirləri önümüzdəki illərdə araşdırılmağa davam edəcək və günəş sistemimizin necə əmələ gəldiyi, həyatın quruluş daşlarının necə olduğu haqqında məlumatları ortaya çıxaracaq” ifadəsi işlədilib”.

Mənbə: hurriyyət.tr

Aynur Camal