Mart ayında NASA astronavtı Frank Rubionun Beynəlxalq Kosmik Stansiyada (BKS) Yer orbitində itirdiyi kiçik pomidor 8 ay sonra tapılıb. Astronavt Rubio uzun müddətdir ki, bu pomidoru yeməkdə ittiham olunurdu. Həmin vaxt astronavt təcrübə çərçivəsində yığdığı pomidoru itirib və bu, stansiyada zarafatlara səbəb olub.
Yenə Çərşənbə günü canlı yayımlanan tədbirdə NASA astronavtı Jasmin Moghbeli, “Evə qayıdan yaxın dostumuz Frank Rubio uzun müddətdir ki, bu pomidoru yeməkdə günahlandırılır. Amma indi onu bəraət qazandıra bilərik. Pomidoru tapdıq”- deyib.
Sözügedən tədbir dekabrın 6-da BKS-nin yaradılmasının 25-ci ildönümü çərçivəsində keçirilib. Moghbeli pomidorun harada və hansı vəziyyətdə olduğunu açıqlamayıb.
Təxminən 2,5 santimetr diametrdə olan cırtdan pomidor Veg-05 təcrübəsi üçün yetişdirilib. Rubio şəxsən bu tərəvəzlərə qulluq edir və yığırdı.
29 mart 2023-cü ildə yığılan nümunələr stansiyadakı astronavtlar arasında bölündü. Digər tərəfdən, Rubio hələ də kosmosda yetişdirdiyi pomidordan bir dişləmə belə yeməyib.
NASA-dakı pomidor tapılacaqmı?
Sentyabr ayında ISS-nin canlı yayımında danışan Rubio, “O şeyi axtarmaq üçün çoxlu saatlar sərf etdim. 18-20 saat axtardım”, – deyə astronavt əlavə edib:
“Mən yeməmişəm. Əminəm ki, o, nə vaxtsa özünü göstərəcək və illər sonra mənim haqlı olduğumu sübut edəcək”.
ISS təxminən 6 otaqlı evdən daha böyükdür. Burada mikroqravitasiyada kiçik obyektlər asanlıqla gözlənilməz künclərə uça bilir.
Rubio 371 gün kosmosda qaldıqdan sonra sentyabr ayında sağ-salamat Yerə qayıdıb.
Mənbə: TrtHaber
Aynur Camal