Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib.
“Yeni Gundem” Gununsesi.info-ya istinadən xəbər verir ki, bir neçə ildir onkoloji xəstəliklə mübarizə aparan tanınmış jurnalistin müalicə üçün Türkiyəyə gedərkən Bakıda hava limanında halı pisləşib.
Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.
