Natiq Cəfərli rəqibi Zahid Orucu debata çağırdı – “Çıxışlarında səhvlərə yol verir…”backend
“Zahid Oruc publik çıxışlarında çoxsaylı səhvlərə yol verir. Məsələn, Adam Smit söhbəti hələ də yaddaşlardadır. 33 saylı Xətai dairəsində rəqiblərimdən biri olduğu üçün onun yazı və çıxışlarını izləyirəm. Bir müddət əvvəl saytların birində məqaləsini oxudum, uyğunsuzluqlarla dolu yazı olmaqla yanaşı traqikomik iddialar da var…”

Pravda.az xəbər verir ki, bu sözləri REAL Partiyasının 33 saylı Xətai seçki dairəsi üzrə növbədənkənar parlament seçkilərində namizədi Natiq Cəfərli deyib.

“Deyir ki, sitat, “Pörl Harberə hücuma görə Ruzvelt Yaponiyanın iki şəhərini-Xirosima və Naqasakini yerlə yeksan elədi”. Xatırladım ki, bu 2 şəhərə ABŞ 1945-ci ilin avqust ayında atom bombası atıb, Rizvelt yazıq isə 12 aprel 1945-ci ildə vəfat edib. Elə həmin gün vitse-prezident Harry Truman and içib, işə başyalıb. Yəni 1945-ci iln avqustunda Yaponiyaya bomba atmaq əmrini o dünyadan Ruzvelt verə bilməzdi, o əmri Truman verib. Dairədəki bütün rəqiblərimi, o cümlədən Zahid Orucu istənilən kanalda debata dəvət edirəm…”, – o bildirib.