NATO Bakıda təlim kursu keçirirbackend

Bakıda NATO-nun “Sülh və təhlükəsizlik naminə elm proqramı” çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün “Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu” keçirilir.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda, praktiki qrup çalışmaları yerinə yetirilir.