NATO: döyüşlər dayandırılmalıdırbackend

NATO-nun baş katibi Yens Stoltenberq Qəzzada beynəlxalq hüquqa hörmət etməyə çağırıb. Stoltenberq, “NATO müttəfiqləri Qəzzaya humanitar yardımın çatdırılmasına icazə vermək üçün hərbi əməliyyatların dayandırılmasını dəstəkləyir” deyib.

“Yeni Gundem” xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq və Almaniya kansleri Olaf Şolz Berlin görüşündən əvvəl jurnalistlərə açıqlama veriblər.

Stoltenberq, Scholz ilə Yaxın Şərqdəki vəziyyəti və İsrailin HƏMAS-ın hücumuna reaksiyasını müzakirə edəcəklərini ifadə edərək, əlavə edib: “Beynəlxalq hüquqa hörmət edilməlidir. Mülki əhali qorunmalıdır. NATO müttəfiqləri Qəzzaya humanitar yardımın çatdırılması üçün hərbi əməliyyatların dayandırılmasını dəstəkləyir”.

“Son həftələrdə gördüyümüz əzablar bizə bir daha xatırladır ki, biz daimi həll üçün səydən əl çəkməməliyik”.

Stoltenberq bildirib ki, Qəzzadakı müharibə böyük regional münaqişəyə çevrilməməlidir.

İsrail oktyabrın 7-dən bu yana 352 əsgər də daxil olmaqla 1400-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını, onlardan 35-inin Qəzza zolağında toqquşmalarda olduğunu açıqlayıb.

İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli məhbus var.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində 4324-ü uşaq və 2823-ü qadın olmaqla 10.569 fələstinli həlak olub, ən azı 26.475 nəfər isə yaralanıb.

İSRAİL ÇOX XƏSTƏXANALARI HƏDƏF EDİB

Xatırladaq ki, İsrail ordusu Qəzzada minlərlə yaralı və mülki vətəndaşın olduğu ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanasını, Nəsr Uşaq Xəstəxanasını, Əl-Ehli Baptist və Türk-Fələstin Dostluq xəstəxanalarını, Qüds ətrafını və İndoneziya xəstəxanalarına zərbələr endirib. Fələstin Qızıl Aypara, evakuasiya etməyə məcbur edir. Hücumlarda minlərlə insan ölüb, yaralanıb.

Mənbə: Ntv.Tr

Aynur Camal