NATO-nun baş katibi Ermənistandadırbackend

NATO-nun baş katibi Yens Stoltenberq müxtəlif təmaslar aparmaq üçün Ermənistanın paytaxtı İrəvana gəlib.

NATO-nun baş katibi Yens Stoltenberq Qafqaz səfəri çərçivəsində Gürcüstandan sonra Ermənistanın paytaxtı İrəvana gedib. Stoltenberq Ermənistanla təmasları çərçivəsində Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.

Stoltenberq Qafqaz səfəri çərçivəsində martın 17-18-də əvvəlcə Azərbaycanda, sonra isə Gürcüstanda olub və müxtəlif görüşlər keçirib.

Mənbə: hurriyyət.tr

Aynur Camal