“NATO ölkələri Ukraynadan bezməyib”backend

ABŞ dövlət katibi Antoni Blinken alyansın xarici işlər nazirlərinin toplantısında NATO müttəfiqləri arasında Ukraynadan heç bir yorğunluq görmədiyini bildirib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Reuters yazıb: “Heç bir yorğunluq əlaməti görmədim. Əksinə, kömək etməyə davam etmək üçün qətiyyətli bir hazırlıq. Hər bir NATO üzvü Ukraynaya güclü və davamlı dəstəyini ifadə edib”.

Dövlət katibi əlavə edib ki, o, prezident Co Baydenin Ukraynaya tələb etdiyi yardım üçün əlavə maliyyə vəsaitinin yaxın həftələrdə ABŞ Konqresi tərəfindən təsdiqlənəcəyini gözləyir.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Greene ABŞ-ı Ukraynadakı münaqişəni maliyyələşdirməyi dayandırmağa çağırıb. O qeyd edib ki, Ukrayna ABŞ-ın 51-ci ştatı deyil və ABŞ-ın sərhəd təhlükəsizliyi və Kiyevin maliyyələşdirilməsi məsələsini birləşdirən hər hansı təklifi amerikalıların üzünə yumruq adlandırıb.

Mənbə: Lenta.Ru

Aynur Camal