NATO Rusiyanın təhlükəsizliyi pozduğunu deyibbackend

“Yeni Gundem” xəbər verir ki, NATO Rusiyanın CFE Müqaviləsindən çıxmasını şərh edib.

NATO Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması səbəbindən Avro-Atlantik təhlükəsizliyin pozulduğunu elan edib. RİA Novosti bu barədə alyansın bəyanatına istinadən xəbər verir.

“Rusiya qarşılıqlılıq, şəffaflıq, uyğunluq və yoxlama kimi əsas prinsiplər də daxil olmaqla, (…) qaydalara əsaslanan beynəlxalq nizamı pozan silahlara nəzarətə qarşı hörmətsizlik nümayiş etdirməkdə davam edir”, – NATO bildirib.

Alyans şəffaflıq və qarşılıqlılıq prinsiplərini bölüşən ölkələri Avro-Atlantik regionda sabitliyin və proqnozlaşdırmanın artırılması üçün səyləri birləşdirməyə çağırıb.

“Müttəfiqlər mövcud təhlükəsizlik vəziyyətinin nəticələrini və onun NATO təhlükəsizliyinə təsirini müzakirə etməyə və qiymətləndirməyə davam edəcəklər”, – blok vurğulayıb.

Xatırladaq ki, noyabrın 7-də Rusiya CFE Müqaviləsindən çıxdı.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Moskva öz qərarından peşman deyil və onun doğru olduğuna tam əmindir.

Mayın 17-də Rusiya CFE Müqaviləsini denonsasiya etdi. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, kollektiv Qərb öz dağıdıcı hərəkətləri ilə Rusiyanın CFE Müqaviləsində qalmasını qeyri-mümkün edib və

“Qərb ölkələri nəticə çıxarmalıdır”.

O, həmçinin qeyd edib ki, Finlandiyanın qəbulu və İsveçin NATO-ya qəbulu proseduru Rusiyanın müqavilədən çıxması üçün son damla olub.

Mənbə: Lenta.Ru

Aynur Camal