NATO-ya hücum etmək planımız yoxdurbackend

Putin NATO ölkələri ilə döyüşməkdə maraqlı olmadıqlarını bildirib. Amerikalı həmkarı Baydenin sözlərinə reaksiya verən Rusiya lideri “Tamamilə gülüncdür. İnanıram ki, prezident Bayden bundan xəbərdardır”.

ABŞ prezidenti Co Bayden xəbərdarlıq edib ki, Rusiya Ukraynada qalib gəlsə, dayanmayacaq və NATO ölkələrinə hücum edə bilər.

Rusiya mətbuatına açıqlama verən Rusiya prezidenti Vladimir Putin bu iddianı təkzib edib.

 Baydenə reaksiya: Tamamilə gülüncdür.

Putin Baydenin dediklərini tamamilə “cəfəngiyyat” adlandıraraq rədd edib:

Bu tamamilə gülüncdür. İnanıram ki, prezident Bayden bundan xəbərdardır. Bu, sadəcə olaraq onun Rusiyaya qarşı yanlış strategiyasını dəstəkləmək üçün istifadə olunan tondur.

Rusiya-Qərb münasibətlərində böhran

Ukraynadakı müharibə 1962-ci ildə Kuba raket böhranından sonra Moskvanın Qərblə münasibətlərində ən dərin böhranlardan birinə səbəb olub.

Ötən il verdiyi bəyanatda Bayden xəbərdarlıq etmişdi ki, NATO ilə Rusiya arasında birbaşa münaqişə III Dünya Müharibəsinə səbəb olacaq.

 Digər tərəfdən, Putin “Rusiyanın NATO ölkələri ilə döyüşmək üçün heç bir səbəbi, heç bir marağı, nə iqtisadi, nə siyasi, nə də hərbi geosiyasi marağı yoxdur” deyib.

NATO müqaviləsinin 5-ci maddəsinə əsasən, tərəflər razılaşıblar ki, onlardan birinə və ya bir neçəsinə qarşı hücum onların hamısına qarşı hücum sayılacaq.

Putin apreldə Finlandiyanın NATO-ya daxil olmasının Rusiyanı sərhəddə “hərbi qoşunları cəmləşdirməyə” məcbur edəcəyini demişdi.

Həm Moskvada, həm də Qərbdə rəsmilər Ukrayna müharibəsi başlayandan sonra dəfələrlə yeni “soyuq müharibə”dən danışıblar.

Mənbə: EnSonHaber

Aynur Camal