Navalninin müavininə çəkiclə hücumbackend

Bu yaxınlarda dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin müavini Leonid Volkov Litvada evinin qarşısında silahlı hücuma məruz qalıb.

Ötən ay Rusiyada həbsxanada dünyasını dəyişən müxalifət lideri Aleksey Navalninin mətbuat katibi Kira Yarmış Aleksey Navalninin Litvada yaşayan müavini Leonid Volkovun dünən gecə evinin qarşısında hücuma məruz qaldığını açıqlayıb. Sosial media hesabında paylaşım edən Yarmış, “Biri maşının şüşəsini sındıraraq gözyaşardıcı qaz vurdu, sonra təcavüzkar Leonidi çəkiclə vurmağa başladı” dedi.

Qolu qırılan, ayağından və başından yaralanan 43 yaşlı Volkov xəstəxanaya aparılarkən, hadisə ilə bağlı araşdırma başladılıb. Aleksey Navalninin komandasının üzvü İvan Jdanov “Təbii ki, bu, açıq-aşkar siyasi hücumdur, buna heç bir şübhə yoxdur” deyib.

“Heç kim PUTİNDƏN QORXMAZ”

Litva prezidenti Gitanas Nauseda hadisə ilə bağlı verdiyi açıqlamada Leonid Volkova hücumun açıq şəkildə əvvəlcədən planlaşdırıldığını və Litvaya qarşı başqa təxribatlarla bağlı olduğunu bildirib. “Mən (Rusiya prezidenti Vladimir) Putinə yalnız bir şey deyə bilərəm, burada heç kim sizdən qorxmur”, – Nauseda deyib. Litvanın xarici işlər naziri Qabrielius Landsbergis hücumu “şok” adlandırıb və deyib ki, günahkarlar “hesab verməlidirlər”.

Mənbə: hurriyyət.tr

Aynur Camal