Naxçıvan Ali Məclisinin sədr müavini seçildibackend

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yeni müavini seçilib.

Bu gün keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Anar Adil oğlu İbrahimov müavin seçilib.

Qeyd edək ki, Anar İbrahimov16 saylı Qıvraq Seçki Dairəsi üzrə deputatdır. Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtr Respublika Təşkilatının sədr müavini-aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. O, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəridir./APA