Nazir: Qəsdən yaşadığı yerə zərər vururlar ki, yeni mənzil ala bilsinlərbackend

“Bizim qarşımızda Prezident tərəfindən müəyyən edilən, azad edilmiş ərazilərə “Böyük Qayıdış”ın təmin edilməsi çağırışı durur”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, həmin ərazilərdə sərhədlərimizin yenidən təşkili, ictimai asayişin təmin edilməsi kimi böyük işlər də görülməlidir: “2021-2023-cü illər üçün bu istiqamətə böyük vəsaitlər ayrılır, bundan sonra da ayrılacaq. Sözsüz ki, sosial evlərin tikilməsi vacibdir, qəzalı vəziyyətdə yataqxanalarda yaşayan soydaşlarımıza yardım göstərməliyik. Lakin bəzən xoşagəlməz hallar yaşanır. Bəziləri yaşadığı yerə zərər vurur ki, yeni mənzil ala bilsin. Bu məsələlərə Bakı Şəhər İcra Hakimiyyətində baxılır”.

APA