Nazirlik məktəbdəki yanğınla bağlı açıqlama yaydı – Yenilənibbackend

Bakının Binəqədi rayonunda yanğın başlayıb.”Yenigundem”in verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında olub. 7-ci mikrorayonda yerləşən “Vətən”  idman mərkəzi yanır. 

Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi üçün işlər görülür. Yanğın davam edir.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı açıqlama yayıb. Qeyd olunub ki, Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.

İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Murad Əhməd