Neft emalı zavodu partladıldıbackend

İranın cənubundakı Bəndər Abbas Neft Emalı Zavodunda baş verən partlayışda 1 işçi ölüb, biri ağır olmaqla 3 nəfər yaralanıb.

İranın rəsmi İRNA agentliyinin xəbərinə görə, Hörmüzqan əyalətindəki Bəndər Abbas Neft Emalı Zavodunda partlayış baş verib, səbəbi hələlik məlum deyil. İran dövlət televiziyasına danışan Bəndər Abbas valisi Həbib Behadori neftayırma zavodunda təmir işləri zamanı qəzanın baş verdiyini və bunun partlayışa səbəb olduğunu bildirib və “Bu hadisədə Aftab Neft Şirkətinin işçilərindən biri həyatını itirdi. 3 nəfər həlak oldu” deyilib.

Yaralıların aparıldığı Hörmüzqan Sağlamlıq Elmləri Universitetinin sözçüsü Ruya Cihangiri yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Mənbə: TGRT

Aynur Camal