Neft şirkətinin vitse-prezidenti ölü tapıldıbackend

Rusiyanın “Lukoyl” neft şirkətinin vitse-prezidenti Vitali Robertus evdə ölü tapılıb.

Robertus şirkətin iki il ərzində vəfat edən dördüncü yüksək vəzifəli direktoru oldu.

Rusiyanın “Lukoyl” neft şirkətində ardıcıl ölüm halları diqqəti cəlb edir.  Martın 13-də şirkət Robertusun ölümünü elan etdi. Ölümün səbəbi hələ açıqlanmayıb.

 Robertus Lukoil-in iki il ərzində ölən dördüncü yüksək vəzifəli icraçı direktoru kimi qeydə alınıb.

Lukoyl: Qəfil öldü

Sözügedən şirkətdən verilən açıqlamada deyilir:

Vitali Robertusun 54 yaşında qəflətən vəfat etməsini dərin hüznlə bildiririk. “Lukoyl”da 30 ildən artıq çalışaraq, o, təkcə şirkətdə deyil, bütün sənayedə həmkarlarının hörmətini qazanıb. O, yerli yanacaq-energetika kompleksinin inkişafındakı uğurlarına görə təltif edilib.

“O, istedadlı lider kimi yaddaşlarda qalacaq”.

Robertusun yaddaşlarda “bacarıqlı lider, çoxşaxəli insan və rəğbətli yoldaş” kimi qalacağı qeyd edilib, ailəsinə başsağlığı verilib.

 Onlar Ukrayna müharibəsinə qarşı çıxdılar

“Lukoyl” Rusiyanın 2022-ci ilin martında Ukraynaya hücumlarını açıq şəkildə tənqid edib. Şirkətin direktorlar şurası həmin vaxt bəyanat yayaraq “Ukraynada baş verən faciəli hadisələrlə bağlı dərin narahatlığını” ifadə etmişdi.

 “Lukoyl”un sədri Vladimir Nekrasov 2023-cü ilin oktyabrında kəskin ürək çatışmazlığından vəfat edib.

 

 

 

 

 

Nekrasovdan əvvəlki sədr Ravil Maqanov isə 2022-ci ilin avqustunda Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Rusiya mətbuatı Ukrayna müharibəsinə qarşı çıxan Maqanovun intihar etdiyini yazmışdı.

Həmçinin şirkətin keçmiş top meneceri Alexander Subbotin 2022-ci ilin mayında vəfat edib. Kəskin ürək çatışmazlığından öldüyü məlum olan Subbotinin meyiti evdə tapılıb.

Mənbə: EnSonHaber

Aynur Camal