Teleaparıcı Nərgiz Cəlilova AzTV-də aparıcısı olduğu “Gündəlik” sosial-ictimai proqramında formada qalmasının sirrini açıb.
“Yeni Gündəm” medicina.az-a istinadən xəbər verir ki, N.Cəlilova hər gün evdə yarım saata yaxın idman etdiyini bildirib
“Hər yaş dövrü üçün müəyyən idman hərəkətləri var. Məsələn, mən özüm üçün belə bir idman növünü seçmişəm. Bu növün adı ingilis dilində “Walking at home” (Evdə gəzmək) adlanır. Evdə gəzə-gəzə bəzi əl-qol hərəkətləri edirəm. Bu, 15-30 dəqiqə davam edir.
Özünüzü çox gücə salmırsınız. Ağır çəki daşlarından istifadə etməyə zərurət də qalmır. Amma burada seçim sizindir. Bədən tərbiyəsi kimi “Walking at home”un faydası çoxdur. Bunu da efir vasitəsilə hamıya məsləhət görürəm. Belə hərəkətlərdən sonra özümü gümrah hiss edirəm”.