Nərimanov Rayon İcra Hakimiyyəti məhkəməyə verildibackend

“Samir-T” kiçik müəssisəsi Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) ilə bağlı məhkəməyə müraciət edib.

“Yeni Gündəm” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə müəssisə Bakı İnzibati Məhkəməsinə üz tutub.

Belə ki, “Samir-T” şirkəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – digər məsələlər barədə tələb irəli sürüb.

İddia hakim Aysev Almazovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.