Nərimanovda “zibil dağları” yaradılıb, İH və “JEK” hara baxır? – Fotobackend

Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində hər gün xaos yaşanır. Sakinlər sıxlıqdan, natəmizlikdən beziblər.

”Yeni Gundem” xəbər verir ki, sakinlər bildirib ki, əksər yaşayış binaları sıx inşa edilib, bu azmış kimi boş qalan yerlər də qanunsuz zəbt edilərək obyektlər tikilir. Bu da yolu, səkiləri daraldır. Həyətlərdəki maşınları da hesaba qatanda hərəkət etməyə, piyada gəzməyə yer qalmır. Zibil atmaq üçün qoyulan konteynerlər belə avtomobillərin arxasında qalır. Məhz bu səbəbdən bəzən zibil konteynerlərini boşaltmaq üçün gələn zibil maşını geri qayıtmalı olur. Belə olduğu halda da ərazini zibil basır.

Sakinlərin təqdim etdiyi fotodan da aydın görünür ki, ərazidə infrastruktur düzgün qurulmayıb. Sakinlər bildirir ki, ərazini söküb yenidən yığmaq lazımdır.
Sakinlər hər yeni obyekt inşa ediləndə problemlə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, müraciətləri həmişə cavabsız qalıb.

Roman