Netanyahu: Bu, yalnız başlanğıcdırbackend

Bütün dünya Qəzza zolağında yaşanan humanitar fəlakət qarşısında İsrailə atəşkəs çağırışı edərkən, Baş nazir Netanyahu genişlənmiş quru əməliyyatları ilə hücumların ikinci mərhələsinə daxil olduqlarını ifadə edib: “Biz yerüstü əməliyyatlara tam hazırıq. Bu hələ ki, başlanğıc mərhələsidir”.

“Yeni Gundem” xəbər verir ki, Qəzzaya qarşı quru əməliyyatlarının genişləndirildiyi cümə axşamından bəri ilk dəfə kameralar qarşısında açıqlama verən Netanyahu israillilərə “uzun və çətin” hücuma hazırlaşmalarını deyib və əməliyyatı ölkənin “ikinci müstəqillik müharibəsi” kimi qiymətləndirib.

1948-ci ildən quru əməliyyatlarının əsas məqsədlərinin “Həmasın idarə və hərbi imkanlarını məhv etmək və girovları evlərinə qaytarmaq” olduğunu bildirən Netanyahu, onun genişləndirilməsinin döyüş kabinetində yekdilliklə təsdiqləndiyini ifadə edib:

“Biz düşməni yerin üstündə və altında məhv edəcəyik!”

Çıxışında ara-sıra Tövrata istinad edən Netanyahu, İsrail əsgərlərinin 3 min ildir İsrail uğrunda mübarizə aparan Yəhudilik tarixində öz yerlərini aldığını müdafiə edib. İsrailin müharibə cinayətləri törətdiyinə dair ittihamlara cavab verən Netanyahu,

“Bizi müharibə cinayətləri törətməkdə ittiham etməyin. Əsgərlərimizi müharibə cinayətləri törətməkdə ittiham edə biləcəyinizi düşünürsünüzsə, bu, ikiüzlülükdür. Biz dünyanın ən əxlaqlı ordusuyuq”.

İsrail ordusu Qəzzanın şimalında quru əməliyyatlarında fəaliyyət sahəsini genişləndirsə də, bunun hərtərəfli quru əməliyyatına çevrilib-çevrilməyəcəyi hələlik bəlli deyil.

Digər tərəfdən, Amerikanın “New York Times” qəzetinə danışan ABŞ rəsmiləri Qəzzaya edilən hücumların “İsrailin ABŞ-la paylaşdığı hücum planlarından daha kiçik və daha dar məqsədəuyğun olduğunu” və ABŞ-ın bu hücumda təsirinin olduğunu düşündüyünü bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin tövsiyələri nəticəsində İsrail ordusunun hücum planlarını yenilədiyini bildirən səlahiyyətlilər, İsrail ordusunun son günlər hücumlarının dozasını artırdığına, bununla bağlı proqnoz vermək mümkün olmadığına diqqət çəkiblər.

Mənbə: hurriyyət.tr

Aynur Camal