Netanyahu “fövqəladə hökumət” üçün müxalifətlə razılaşdıbackend

İsrailin blokada altındakı Qəzza zolağına hücumları və oradan raket atışları davam edərkən, İsrailin baş naziri Benyamin Netanyahu və müxalif Milli Birlik Partiyasının lideri Benni Qantz “fövqəladə hökumət” yaratmaq barədə razılığa gəliblər.

“Haaretz” qəzetinin yazdığına görə, onlar müdafiə naziri Gallantın “azaldılmış müharibə kabinetində” olacağını bildirib.

Bildirilib ki, Qantsın partiyasından olan keçmiş Baş Qərargah rəisi Eisenkot və İsrailin Vaşinqtondakı keçmiş səfiri və hazırkı strateji işlər naziri Ron Dermer müşahidəçi qismində çıxış edəcək.

Təhlükəsizlik kabinetinin vəzifələrinin dəyişməz qalacağı və Qantsın partiyasından 5 nəfərin hökumətdə dövlət nazirliyi vəzifəsinə təyin ediləcəyi qeyd edilib.

Mənbə: TrtHaber

Aynur Camal