Netanyahu HƏMAS-ın atəşkəs təklifinin şərtlərini rədd etdiyini açıqlayıbbackend

İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS-ın atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı son təklifini rədd edərək, şərtlərin “hələ də irrasional olduğunu” bildirib.

Baş nazirliyin mətbuat xidməti döyüş kabinetinin iclasından sonra HƏMAS-ın təklifinin rədd edilməsi və Rəfaha hücumun təsdiqlənməsi ilə bağlı açıqlama verib.

Açıqlamada Netanyahunun İsrail ordusunun Qəzzanın cənubundakı Rəfaha hücum planını bəyəndiyi və “Ordu əməliyyata və (mülki) əhalinin təxliyyəsinə hazırlaşır” dediyi bildirilib.

Açıqlamada Netanyahunun HƏMAS-ın İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı son təklifini rədd etdiyi, şərtlərin “hələ də irrasional” olduğunu bildirərək, İsrailin təhlükəsizlik kabinetinin qərarından sonra Qətərlə atəşkəs razılaşmasını müzakirə etməyə razı olduğu ifadə edilib.

Rəfaha hücumun təsdiqi ABŞ və Misir də daxil olmaqla beynəlxalq ictimaiyyətin təxminən 1,5 milyon məcburi köçkün fələstinlinin sığındığı Rafaha girməmək barədə xəbərdarlıqlarına baxmayaraq gəldi.

Həmas dünən İsraillə atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı təklifi Qətər və Misirdəki vasitəçilərə göndərdiklərini açıqladı.

İsrail Baş nazirliyinin mətbuat idarəsindən verilən açıqlamada, HƏMAS-ın son təklifindəki tələblərinin “məntiqsiz” olduğu irəli sürülüb.

Mənbə: TrtHaber

Aynur Camal