Netanyahu: İsrail atəşkəslə razılaşmayacaqbackend

Qondarma sionist işğal rejiminin baş naziri Benyamin Netanyahu Qəzzəyə hücumların dayandırılmasının “Həmas-a təslim olmaq deməkdir” olduğunu iddia edib.

“Yeni Gundem” xəbər verir ki, Netanyahu mətbuat konfransında sionist işğal rejiminin Qəzza zolağına hücumlarını dəyərləndirərək, “İsrail atəşkəsə razı olmayacaq. İsrail kimin tərəfində olmasından asılı olmayaraq, qalib gələnə qədər bu müharibəni davam etdirəcək” deyib.

“İndi müharibə vaxtıdır.”

Netanyahu, “Mənim etmək istədiyim tək şey HƏMAS-ı bitirməkdir, onları İsrail tarixinin zibilliyinə göndərəcəyik. Bu, bütün ölkənin ümumi ideyasıdır” dedi. Qəzzada əsirlərin azad edilməsi üçün “quru hücumlarının bir imkan yaratdığını” müdafiə edən Netanyahu, əsirlərin evlərinə qaytarılması üçün çalışdıqlarını söyləyib.

Netanyahu HƏMAS-ı “Qəzzada dinc əhalinin qətliamına” görə cavabdeh hesab edib.

Mənbə: İLKHA

Aynur Camal