Netanyahu orduya göstəriş verdi! 1,4 milyon fələstinli məcburi köçkünə çevriləcəkbackend

İsrailin baş naziri Benyamin Netanyahu orduya və təhlükəsizlik xidmətlərinə Qəzza zolağının cənubuna hücum etmək və oraya sığınan 1,4 milyona yaxın fələstinlini didərgin salmaq üçün lazımi planı hazırlamağı tapşırıb.

İsrail baş nazirliyindən verilən yazılı açıqlamada, “Həmasın Qəzzanın cənubundakı 4 batalyonunu məhv etmədən müharibənin məqsədinə çatmağın mümkün olmadığı” bildirilib.

Açıqlamada, Qəzzanın cənubundakı intensiv əməliyyatların oradan mülki şəxslərin çıxarılmasını tələb etdiyi, Netanyahunun “İsrail ordusu və təhlükəsizlik agentliyinə əhalinin çıxarılması üçün hökumətə təqdim etmək üçün ortaq plan hazırlamağı tapşırdığı” ifadə edilmişdi.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına havadan, qurudan və dənizdən təşkil etdiyi hücumlarda azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 27 min 947 fələstinli həyatını itirib, 67 min 459 fələstinli isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

İsrail HƏMAS-ın hər biri 45 gün davam edən üç mərhələli atəşkəs və qarşılıqlı məhbus mübadiləsi təklifini rədd etmişdi. Netanyahu orduya Qəzzanın cənubundakı Rəfah bölgəsinə hücuma hazırlaşmaq göstərişi verdiyini açıqlayıb. İsrail Qəzzanın cənubunda bir milyondan çox dinc sakinin sığındığı Rəfaha hava zərbələri endirib.

Həmçinin ABŞ Dövlət Departamenti İsrailin Qəzzanın cənubunda mülki əhalinin sığındığı Rəfaha hücum etməsinin “fəlakət”-ə səbəb olacağını qiymətləndirmişdi.

Mənbə: TGRT

Aynur Camal