Netanyahu Qətəri rədd etdi!backend

Netanyahu Qətərin Qəzzaya yardımı artırmaq tələbini rədd edib. İsrail mətbuatında yer alan xəbərə görə, tələbi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Burns təqdim edib.

İsrailin baş naziri Benyamin Netanyahu Qətərin Qəzza zolağında fələstinlilərə humanitar yardımı artırmaq tələbini rədd edib. Bildirilib ki, sorğu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns tərəfindən təqdim olunub.

Bu barədə İsrailin Kanal 12 televiziyası məlumat yayıb. Xəbərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns Qətərin Qəzza zolağında fələstinlilərə humanitar yardımın artırılması tələbini baş nazir Netanyahuya çatdırıb.

Xəbərdə Netanyahunun Qəzzada əsir saxlanılan israillilərin onlara göndərilən dərmanları aldığına dair dəlil əldə edənə qədər məsələni müzakirə etməkdən imtina etdiyi, lakin başqa detallara yer verilmədiyi bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 12 min 300-ü uşaq, 8 min 400-ü qadın olmaqla, 28 min 663 fələstinli həlak olub, 68 min 395 nəfər isə yaralanıb.

Mənbə: TGRT

Aynur Camal