Netanyahu Vaşinqtonu sıxışdırırbackend

ABŞ dövlət katibi Blinken müharibə başlayandan bəri 5-ci dəfə İsrailə gedib.

Xüsusilə ABŞ prezidenti Co Baydenin dekabr ayında etdiyi çıxışda Netanyahu və kabinetini sərt sözlərlə tənqid etməsi və “təsadüfi səbəblər üzündən dünyada dəstəyini itirir” mesajını verməsi Vaşinqton-Təl-Əviv xəttindəki gərginliyi yenidən gündəmə gətirib.

Netanyahu və kabinetinin dəfələrlə irəli sürdüyü “Fələstinlilər Qəzzadan çıxarılmalıdır” tezisinin qətiyyən qəbuledilməz olduğunu vurğulayan Blinken: “Mən Netanyahuya açıq şəkildə bildirdim ki, fələstinli mülki vətəndaşlar şərtlər yaranan kimi evlərinə qayıda bilsinlər.

Onlara Qəzzanı tərk etmək üçün təzyiq edilməməlidir. “Baş nazirə dediyim kimi, Birləşmiş Ştatlar fələstinlilərin Qəzzadan kənarda məskunlaşdırılmasını müdafiə edən hər hansı təklifi qəti şəkildə rədd edir. Hətta son vaxtlar Fələstin dövlətinin yaradılmasının qarşısını almaqdan qürur duyduğunu açıq şəkildə paylaşan Netanyahu Vaşinqton dairələrində ABŞ-ın “müharibədən sonrakı Qəzza planı”na maneə kimi qiymətləndirilir. Bu mövzuya toxunan Bliken bölgədə sülhün yalnız “Fələstin dövlətinə gedən yolu ehtiva edən regional yanaşma” ilə əldə oluna biləcəyini bildirib.

İsrail hökuməti ilə razılığa gəldiklərini bildirən Blinken Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının Qəzzanın şimalına girə biləcəyini açıqlayıb. Blinken, bu prosesin təhlükəsizlik, infrastruktur və humanitar çətinliklər aradan qaldırıldıqdan sonra başlaya biləcəyini qeyd edərək, “Bu missiya məcburi köçkün fələstinlilərin şimaldakı evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün nə edilməli olduğunu müəyyən edəcək” deyib.

Blinkenin karvanı İordan çayının qərb sahilinə çatanda etirazçılar “Gözünü qırpın” şüarları səsləndiriblər.

İsrail mətbuatında yer alan xəbərə görə, ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərq turu çərçivəsində görüşdüyü İsrail Döyüş Nazirləri kabinetinin nazirlərinə “Həması tamamilə yox etmək mümkün deyil. Sizin arzularınız olduğu kimi, fələstinlilərin də arzuları var. Siz bunu qəbul etməlisiniz”. Onun ABŞ-ın iki dövlətli həllin həyata keçirilməsi tələbini ‘Qəzzada müharibənin ertəsi günü’ planı olaraq çatdırdığı öyrənilib.

Digər tərəfdən, Blinken dünən Fələstin dövlət başçısı Mahmud Abbasla görüşüb. Görüş zamanı Blinken Abbasa bildirib ki, “Vaşinqton Fələstin dövlətinin yaradılması istiqamətində konkret addımları dəstəkləyir”.

 Abbas isə “Qəzza zolağının Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu” vurğulayaraq, “heç bir fələstinlinin yerindən oynamasına icazə verməyəcəklərini” deyib.

Mənbə: hurriyyət.tr

Aynur Camal