Netanyahunun Qəzza anlayışı: Qlobal müharibə, regional deyilbackend

Bütün Yaxın Şərqin təhlükə altında ola biləcəyini iddia edən Netanyahu, “Növbəti Avropa olacaq” deyib.

İsrail ordusu Qəzzanı bombalayarkən, Təl-Əviv rəhbərliyi ona yönələn reaksiyaların qarşısını almağa çalışır. Baş nazir Benyamin Netanyahunun müharibəni fərqli prizmadan oxumaq cəhdi bu vəziyyətin yeni nümunəsini təşkil edir.

Qəzzəyə edilən hücumların “qlobal müharibə” olduğunu iddia edən Netanyahu, müvəffəqiyyətli olmasalar, növbəti hədəfin Avropa olacağını irəli sürüb.

Sülh səylərinin başqaları tərəfindən pozulduğunu iddia edən Netanyahu çıxışında bunları söylədi:

“Onlar Yaxın Şərqi və dünyanı qaranlıq əsrə aparmaq istəyirlər. Onlar sülhə doğru istənilən irəliləyişi sarsıtmağa və pozmağa çalışırlar. Onlar ərəb qonşularımızla tərəqqiyə mane olmaq istəyirlər”.

İsrail bir çox ərəb ölkələri ilə müqavilələr imzalayaraq münasibətləri normallaşdırdı.

İsrail baş naziri: “Əgər onlar güclü olmağa davam etsələr və məğlub olmasalar, bu prosesi relsdən çıxaracaqlar. Bütün Yaxın Şərqi təhlükəyə atacaqlar” deyə O, fikirlərini bölüşüb.

“Yaxın Şərq terrorun oxuna düşərsə, növbəti Avropa olacaq”, – deyə Netanyahu əlavə edib.

Mənbə: EnSonHaber

Aynur Camal