Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Türkiyə Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar kitabxana tərəfindən mərkəzə 12 əlyazmanın rəqamsal nüsxələri təqdim olunub.
Bu barədə Yeni Gündəm.az-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, avqustun 4-də mərkəzin baş katibi Rövşən Muradov və kitabxananın direktoru Əli Odabaş arasında görüş keçirilib və Nizami Gəncəvi və Yunus Əmrə irsinin Azərbaycan, Türkiyə və regionda tanıtdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.