Norveç: Müstəqil Fələstini tanımağa hazır olun!backend

Skandinaviya ölkəsində Fələstinlə bağlı təklif irəli sürülüb. Çoxluğun qəbul etdiyi təklif müstəqil Fələstin dövlətinin tanınmasına hazır olmağı ehtiva edir.

Müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı Avropadan səslər gəlməkdə davam edir.

İsrailin Qəzza zolağına hücumlarını “özünümüdafiə” iddiası ilə müdafiə edənlər olsa da, bombardmanların dərhal dayandırılmasını istəyənlər də var.

Norveçdə parlamentin əksəriyyəti hökumətin müstəqil Fələstin dövlətini tanımağa “hazır olmaq” təklifini qəbul edib.

“Fələstin dövlətini tanımağa hazır olun”

Norveç mətbuatında çıxan xəbərlərə görə, hökumət müstəqil Fələstin dövlətini tanımağa “hazır olmaq” ilə bağlı parlamentə təklif təqdim edib.

Təklifdə hökumətin “hər hansı yekun sülh razılaşmasına tabe olmayan, sülh prosesinə müsbət təsir göstərdiyi halda müstəqil Fələstin dövlətinin qeyd-şərtsiz tanınmasına” çağırdığı qeyd edilib.

Digər tərəfdən, parlamentdəki partiyaların əksəriyyətinin qəbul etdiyi təklifdə Fələstin dövlətinin “dərhal tanınmayacağı” bildirilir.

“Təklif Norveçdəki hakim koalisiya tərəfindən Fələstin dövlətinin dərhal tanınması tələbi ilə kiçik partiyaların qətnaməsinə qarşı çıxmaq cəhdi ilə irəli sürülüb”, – AFP xəbər agentliyi bildirib.

İslandiya, İsveç, Polşa, Çexiya və Rumıniya Fələstin dövlətini qanuni olaraq tanıyan ölkələr sırasındadır.

İspaniyanın baş naziri Pedro Sançes parlamentdəki çıxışında Fələstinin ölkəsi və Avropa tərəfindən tanınması üçün “çalışacağını” bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal