Novruz şənliklərində ölənlərin sayı artıb backend

“Khabarban” saytı xəbər verir ki, İranın Fövqəladə Hallar Təşkilatı bildirib ki, Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında keçirilən şənliklərdə indiyədək 10 nəfər ölüb, 363 nəfər yaralanıb.

Məlumata görə, xəsarət alanlardan 126 nəfər dərhal tibbi yardım mərkəzlərinə göndərilib, 13 nəfərə yerindəcə tibbi yardım edilib.

Qeyd olunub ki, 32 nəfər bədən üzvlərindən birini itirib, 119-u gözündən, 170 nəfər isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Mənbə: Azad İran

Aynur Camal