Terror aktları təhlükəsi ilə əlaqədar əlavə vəsait ayrıldıbackend

Nyu-York ştatının hakimiyyət orqanları İsraillə islamçı Həmas qruplaşması arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar terror hücumlarından qorunmaq üçün əlavə 3 milyon dollar vəsait ayıracaq.

“Yeni Gundem”xəbər verir ki, bu barədə Nyu-York ştatının qubernatoru Keti Hoçulun saytında dərc olunmuş bəyanatda bildirilir.

“Yüksələn nifrət səviyyəsi bütün Nyu-Yorkluları risk altına qoyur və Qubernator kimi mən bu böhranla mübarizə aparmağa sadiqəm. Nyu York həmişə ümid, tolerantlıq, əhatəlilik işığı olub və biz nifrətin bütün formalarını pisləmək üçün necə bir araya gəldiyimizlə müəyyənləşəcəyik”, – qubernator bildirib.

Vəsaitlər ilk növbədə təhsil müəssisələrində yaranan təhlükələrin müəyyən edilməsinə yönəldiləcək. Ehtimal olunur ki, əsas təhlükə antisemitizm və islamofobiyaya əsaslanan nifrətin təbliğidir.

Bundan əvvəl yüzlərlə insan Nyu-Yorkun mərkəzində Qəzza zolağında atəşkəsə dəstək aksiyasına toplaşmışdı. Onlardan bəziləri The New York Times qəzetinin redaksiyasının yerləşdiyi binaya daxil olublar.

Əvvəlcə nümayişçilər Manhettendə küçələrdən birinin yoluna çıxaraq “Azad Fələstinə” şüarları səsləndiriblər. Bir çox etirazçı əllərində “Fələstin soyqırımını dayandırın” və “Fələstinliləri azad edin” şüarları qaldırıb.

Mənbə: Lenta.Ru

Aynur Camal