ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkun simvollarından olan Tayms Meydanına toplaşan müsəlmanlar Ramazan ayının ilk təravih namazını qılıblar. Namazdan sonra Qəzzada başda olmaqla bütün müsəlmanlar üçün dualar edilib.
Ramazan ayının başlaması ilə ABŞ-da yaşayan milyonlarla müsəlman təravih namazı üçün öz bölgələrindəki məscidlərə axışıb.
Nyu-Yorkun ən əhəmiyyətli simvollarından biri olan Tayms Meydanına toplaşan minlərlə müsəlman Ramazan ayının ilk təravih namazını birlikdə qılıb. Namazdan sonra Qəzzaya da dua edilib.
Digər tərəfdən, Ramazan ayının ilk təravihi paytaxt Vaşinqtona yarım saatlıq məsafədə yerləşən Amerika Dini Mərkəzində edilib. Böyük izdihamın bir araya gəldiyi birinci təravihdə məscidin çöl həyəti və bağçası da camaatla dolu idi.
Namazdan sonra Qəzzada başda olmaqla bütün müsəlmanlar üçün dualar edilib.
Mənbə: Ahaber
Aynur Camal