Həyat yoldaşı Meqan Markl ilə ABŞ-da məskunlaşan şahzadə Harri ilə atası Kral III Çarlz arasında soyuq küləklər əsməkdə davam edir.
Nəhayət, Şahzadə Harrinin 14 noyabrda 75 yaşı olacaq atası Kral Çarlzın Londondakı Clarence House-da keçiriləcək ad günü şənliyinə qatılmayacağı bildirilib.
Şahzadənin partiyaya dəvət aldığı, lakin iştirakdan imtina etdiyi iddia edildi. Şahzadə Harrinin yanvar ayında nəşr etdiyi “Ehtiyat” avtobioqrafiyasında Kraliça Kamilla haqqında yazdığı mənfi ifadələr səbəbindən ata-oğul münasibətlərinin gərginləşdiyi iddia edilir.
Mənbə: hurriyyət.tr
Aynur Camal