O körpəni də öldürdüyünü etiraf etdibackend

Universiteti qanlı tərk edən təcavüzkar intihar məktubunda körpəni öldürdüyünü etiraf edib.

Çexiyada bir universitetə ​​silahlı hücumda 14 nəfəri öldürən David Kozakın intihar məktubunda körpəni və atasını öldürdüyünü etiraf etdiyi öyrənilib.

Polisdən verilən açıqlamada, paytaxt Praqada Çarlz Universitetinə silahlı hücumda 14 nəfərin ölümünə səbəb olan David Kozakın evində aparılan axtarış zamanı intihar qeydinin tapıldığı bildirilib.

 Kozak məktubunda universitetə ​​hücumdan 6 gün əvvəl Çexiyanın şərqindəki Klanovice bölgəsində meşədə ata və körpəsini güllələyərək öldürdüyünü etiraf edib.

Polisin verdiyi açıqlamada Kozakın 32 yaşlı ata və 2 aylıq körpə qız uşağının ölümündə iştirak edən 4 min şübhəli arasında olduğu bildirilib.

Universitetdəki qırğından əvvəl atasını da qətlə yetirən Kozakın daha 2 nəfəri öldürdüyü üzə çıxdığından onun qətllərinin sayı 17-yə yüksəlib.

Dekabrın 21-də Çarlz Universitetinə edilən hücum ölkə tarixində “ən pis kütləvi atışma” kimi tarixə düşdü. 14 nəfərin öldüyü, 25 nəfərin yaralandığı hücumdan sonra universitetin tarix fakültəsinin aspirantı olan 24 yaşlı Kozak intihar edib.

Polis Kozakın qətliamı əvvəlcədən planlaşdırdığını açıqlayarkən, hücumçunun əvvəlcə paytaxtın qərbindəki Kladno qəsəbəsindəki evində atasını öldürdüyünü, daha sonra isə hücumu universitetdə reallaşdırdığını açıqlayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal