“O NATO-da ən etibarsız müttəfiqdir”backend

Amerikalı demokrat senator Ben Kardin Macarıstanın baş naziri Viktor Orbanı etibarsız NATO müttəfiqi adlandırıb və ona qarşı sanksiyalar tətbiq etməyi təklif edib. Bu barədə Bloomberg məlumat yayıb.

“Özünü bir daha NATO-nun ən az etibarlı üzvü kimi göstərən Orban Avropa Birliyinin Ukraynaya çox ehtiyac duyulan iqtisadi yardımı göstərmək qərarını da nahaq yerə gecikdirdi”, – Kardin bildirib.

Senator həmçinin Viktor Orbana qarşı sanksiyaların tətbiq edilməsini və Macarıstanın Amerikanın vizasız səyahət proqramından çıxarılmasının nəzərdən keçirilməsini təklif edib. Amerikalı siyasətçi bu qərarı Orbanın İsveçin NATO-ya daxil olmasını təsdiqləmək qərarının gecikməsi ilə əlaqələndirib.

 Daha əvvəl Viktor Orban bildirmişdi ki, Avropa İttifaqı ölkələri öz maraqlarını deyil, ABŞ-ın maraqlarını güdürlər.

Mənbə: Lenta.Ru

Aynur Camal