O, özünü və oğlunu dişləyən ayını yeyərək qisas alıbbackend

İsveçdə ayının hücumuna məruz qalan Pär Sundström ucuz bir şəkildə xilas olub. Ayı öldürməyi bacaran şəxs dostları ilə ayının ətini manqalda bişirməkdən həzz alıb.

İsveçdə insanı heyrətə gətirən hadisə baş verib. 42 yaşlı Pär Sundström ötən ilin avqustunda oğlu ilə ova çıxarkən ayının hücumuna məruz qalıb. Dişi ayı Sundtromun üzünü dişləyəndə oğlu atasını xilas etmək üçün ayının başına yumruq vurub. Yumruqdan sonra ayı Sundström oğlunu hədəfə alıb və qolunu dişləyərək onu sağa-sola yelləyib. Ata Sundatröm əlindəki silahla ayını vuraraq öldürə bilib, özünü və oğlunu xilas edib.

Ayı hücumunda üzü parçalandıqdan sonra Sundström meşədən üzünün parçalarını topladı və 13 saat əməliyyatda qaldığı xəstəxanaya aparılıb. Həkimlər onun yanağına tikiş tikməyə çalışsalar da, buna nail ola bilməyiblər. Bunun əvəzinə onun budundan götürülmüş ətlə yanağını bərpa etməli olublar.

Ata və oğul təcili olaraq xəstəxanaya aparılarkən, digər ovçular ayını manqal ziyafətinin əsas yeməyinə çeviriblər. “Üzümü dişləyən ayının əti ilə taco doldurmaq mənim gözümdə ən böyük intiqam idi” Sundström deyib. Pär Sundström isə indi üz əməliyyatı keçirməyi və yenidən ova getməyi səbirsizliklə gözləyir.

Mənbə: TGRT

Aynur Camal