O, pişiyi sayəsində həbsdən azad oldubackend

Rusiyada ictimai yerlərdə zorakılıq etməkdə təqsirləndirilən şəxsə verilən cəza pişiyi olduğu səbəbilə təxirə salınıb.

Rusiyanın “Mash” telekanalı qərarın ilk dəfə verildiyini bildirib.

Sibir bölgəsinin Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda başqa bir şəxsə hücum etdikdən sonra ictimai yerlərdə zorakılıq törətdiyi və sənədsiz odlu silah saxladığı üçün məhkəməyə verilib.

Hücumdan sonra saxlanılan Sergey B. istintaqda polislə əməkdaşlıq etməyə razılaşdıqdan sonra məhkəməyə aparılıb. Məhkəmə təqsirləndirilən şəxsə qarşı bütün ittihamları qəbul edib.

Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhim üçün 5 ilə qədər həbs cəzası nəzərdə tutur.

Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətinin əlverişsiz olması, polislə əməkdaşlıq etməsi və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.

Maş öz Telegram kanalında yazıb ki, Rusiya Cinayət Qanununda pişik sahibi olmaq heç vaxt yüngülləşdirici amil kimi qəbul edilməyib.

Rusiyada müttəhimlər yalnız himayəsində olan uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.

Mənbə: TrtHaber

Aynur Camal