“Aygün MALL” da “Odlar Yurdu Group” şirkətinin təşkilatçılığı və nu-nu kids brandın sponsorluğu ilə “Uşaq Moda” adlı Kids Fashion müsabiqəsi keçirilib.
“Yeni Gündem”-in məlumatına görə,müsabiqədə 6-14 yaş arasında uşaqlar iştirak etdi. “Qış Kolleksiyası“ nümayiş olundu.Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri,müğənnilər və əməkdar artistlər iştirak etdi.
“Odlar Yurdu Group” direktoru Gülxar İbrahimova qeyd etdi ki, “Məqsədimiz Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları ilk öncə vətənimizdə, daha sonra ölkə xaricində tanıtmaqdır!”
Sonda münsiflər tərəfindən seçilən modellərə hədiyyələr və diplomlar təqdim olunub.
Qeyd edək ki,hər il “Uşaq Moda” adlı Kids Fashion müsabiqəsi keçiriləcək.
İnformasiya dəstəyi – Yeni Gündem.az,Space.tv,Lider.tv,Ümid.Tv,Xəbər Qapısı.