Ofşor zonalara vəsait köçürülərkən vergi tətbiq edilməsinin səbəbi açıqlandıbackend

“Vergi məcəlləsinə təklif edilən dəyişikliklər dövlət büdcəsindən yayındırila biləcək məbləğlərin yığılmasına yönəlib”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin İdarə rəisi Nicat İmanov deyib.

O bildirib ki, digər məsələlərdən biri ofşor zonalarla aparılan məlumatlardır.

“Fiziki şəxslərin köçürmələrinə nəzarət tətbiq edilmirdi. Ancaq görünür ki, bundan sui-istifadə halları var. Bunun qarşısını almaq üçün ofşor zonalara vəsaitlərin köçürülməsinə vergilər tətbiq ediləcək”, – deyə N. İmanov qeyd edib.