“Oğlanların təhsil keyfiyyəti kifayət qədər ciddi problemə çevrilir” – Nazirbackend

“Daimi danışdığımız məsələlərdən biri qızların təhsilidir. Amma oğlanların təhsil keyfiyyəti kifayət qədər ciddi problemə çevrilir”

“Yeni Gündəm” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Abituriyent” jurnalının 12-ci buraxılışının təqdimatı zamanı deyib. Onun sözlərinə görə, bu məsələyə yarış kimi baxmaq olmaz:

“Qızların təhsili çox vacibdir, çünki bu anaların təhsilidir. Bu isə uzun müddətdə təhsilin keyfiyyəti deməkdir. Bütün fənlərdə qızlar oğlanlardan yüksək nəticə göstərir. Əvvəl riyaziyyatdan ənənəvi olaraq oğlanlardan daha üstün idi, amma bu il nəticələrə baxdım ki, demək olar ki, rəqəm eynidir”.

Nazir rus bölməsi ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, ən yuxarı rus bölməsi göstəricisi olan məktəb belə “TOP 10”-luğa düşmür:

“Həmin məktəb ən yaxşı halda 11, 15-ci sırada olur”.