Oğlunun kasıb qızla evlənməsini istəməyən qayınana şəhəri bir-birinə qatdı!backend

Oğlunun kasıb qızla evlənməsini istəməyən qayınananın etdikləri bütün şəhəri hiddətləndirdi!

Meksikada bir cütün toy xəyalları qəzəbli qayınanasının təxribatı səbəbindən kabusa çevrilib. Bədbəxt cütlüyün başına gələnlər hətta şəhər sakinlərini də hiddətləndirib və qayınananın evini yumurta yağışına tutublar.

“New York Post” qəzetinin adını ancaq “Alexandra” olaraq açıqladığı gənc qadın kasıb ailədən olub və Meksikanın zəngin ailələrindən birinin oğluna aşiq olub. Sevgilisi bu vəziyyətə etiraz etməsə də, ailə oğlunun özləri kimi imkanlı birisi ilə evlənməsini istəyib.

Gələcək gəlini ilə görüşməkdən boyun qaçırsa da, ailə Aleksandranı dəfələrlə hədələyib və gənc qadını “falçı” olmaqda günahlandıran qayınana hətta onu buraxmaq üçün ona rüşvət də təklif edib.

Sevdiyi kişinin ailəsinə səhv etdiklərini sübut etmək istəyən Aleksandra bütün bunlara məhəl qoymadı, lakin cütlük nişan üzüklərini taxdıqda işlər tamamilə nəzarətdən çıxdı.

Aleksandranın gələcək qayınanası Maupe oğlunun nişanlanması xəbərini eşidən kimi özünü infarkt keçirib kimi göstərib. O, sosial şəbəkədəki hesabında səhhətinin pisləşməsindən şikayətlənib.

O, qızın ailəsi və oğlundan bütün müalicə xərclərini ödəməsini tələb edib.

Toy günü gələndə bəyin ailəsi mərasimə qatılmaqdan imtina edib. Lakin onların toyda iştirak etməmələri problem yarada bilməyəcəkləri demək deyildi.

Toy günü gəlinliyi ilə kilsənin dəhlizində gəzməyə hazırlaşan Aleksandra qəfildən kürəyinə nəyinsə dəydiyini hiss edib. Əvvəlcə bunun su olduğunu zənn edən gənc qadın geri çevrilib və gəlinliyindən kilsənin dəhlizinə doğru axan qırmızı boyanın fərqinə varıb. Reddit sosial şəbəkəsində yayılan yazıya görə, qəzəbli qayınana gəlinə boya atmaq üçün iki nəfər işə götürüb.

Qayınananın təxribat cəhdi kilsədə qısa bir şok yaratsa da, gəlinin dostları və ailəsi ‘hələ də çox gözəl görünürdü’ dedilər və cütlük bütün maneələrə baxmayaraq evliliklərini rəsmiləşdirdilər. Amma gəlinin sınağı bununla da bitməyib.

Heç bir şey olmamış kimi toylarını davam etdirmək qərarına gələn cütlük zala daxil olan polisləri görəndə şoka düşüb.

Oğlunun toyuna mane olmaqda qərarlı olan Maupe toydan əvvəl polisə ‘içərisində narkotik var’ deyə yalan xəbər verib.

Xoşbəxtlikdən axtarışdan sonra xəbərin yalan olduğunu anlayan polis mərasim zonasını tərk edib və cütlük toylarına qaldıqları yerdən davam ediblər.

 O, bal ayına getməmək üçün pasportunu gizlədib.

Sonra bal ayı oldu, amma bəyin ailəsinin qəzəbi hələ də səngiməmişdi. Oğlunun pasportunu gizlədən ana onun bal ayını məhv etmək üçün turizm agentliyinə rüşvət verməyə çalışsa da, bu cəhdi də baş tutmayıb.

Gənc cütlük bal ayında olarkən ailənin hərəkəti qəsəbədə reaksiyalara səbəb olub. Reddit-də yazılanlara görə, yerli sakinlər gəlininə vəhşicəsinə işgəncə verən ailənin evinə yumurta atıblar.

Sosial şəbəkələrdə şərh yazan bir istifadəçi “bütün şəhər onlara nifrət edir”, digəri isə “yazıq bəy-gəlin, mütləq köçməlidirlər” deyib.

Mənbə: hurriyyət.tr

Aynur Camal