Oğurlayıb 1200 avroya satdılar!backend

İspaniyada qalmaqallı bədən oğurluğu üzə çıxıb. Valensiyada evsiz insanların cəsədlərini oğurlayaraq 1200 avroya satan dəstənin qarşısı alınıb.

İspaniyanın Valensiya şəhərində kimsəsiz, qoca və həyati təhlükəsi olan insanları təqib edən, ölümlərindən sonra cəsədlərini saxta sənədlərlə satan dəstənin qarşısı alınıb. Yaşları 41-74 arasında olan 4 kişi İspaniya vətəndaşının tutulduğu əməliyyat nəticəsində cəsədlərin 1200 avroya satıldığı məlum olub.

Polis idarəsindən verilən açıqlamada, xəstəxanalarda və ya qocalar evində vəfat edən yetim uşaqların cəsədlərini saxta sənədlər hazırlayaraq qəbul edərək meyit kimi istifadə olunmaq üçün tibb fakültələrinə satdıqları bildirilib.

İspaniya polisi, 2023-cü ilin əvvəlində vəfat edən bir şəxsin cəsədinin cənazə evi tərəfindən Valensiyadakı xəstəxananın meyitxanasından qeyri-qanuni olaraq çıxarıldıqdan sonra istintaqa başlanıldığını və xəstəxana qeydiyyatı və sənədlərin idarəyə təqdim edildiyini qeyd edib.

Açıqlamada qeyd olunub ki, sözügedən cinayətkar təşkilat yetim, qoca və ya həyati təhlükəsi olan şəxsləri izləyir və onlar öldükdən sonra saxta sənədlərlə cəsədləri götürərək 1200 avroya tibb fakültələrinə satırlar.

 Həmçinin qeyd olunub ki, ABŞ-ın Boston şəhərindəki Harvard Tibb Məktəbinin morqunda olan meyitlərin də oğurlanaraq satıldığı məlum olub.

İddianamələrdə meyitxana müdiri Sedrik Lodc və həyat yoldaşı Denise Lodca hədəf alınıb. Massaçusetsdə yaşayan Katrina Maclean və West Lawn və Pensilvaniyada yaşayan Coşua Taylor da oğurlanmış cəsədləri dövlətlərarası daşımaqda günahlandırılıblar.

Məhkəmə sənədlərindən məlum olub ki, o, həyat yoldaşı ilə oğurlanmış meyitlərin satışı ilə bağlı internet saytları və mobil telefonlar vasitəsilə alıcılarla əlaqə saxlayıb. 15 səhifəlik ittihamnamədə bədən hissələrinin dəqiq məqsədlə alındığı barədə təfərrüatlara yer verilməsə də, Maklinin Pensilvaniyadakı bir adama insan ətini göndərməsi və “ətin dəriyə çevrilməsi” barədə danışdığı söhbətləri aşkar edilib.

Mənbə: TGRT

Aynur Camal