ABŞ-ın Florida ştatında qadın iki uşağını maşında qoyub oğurluq etdiyi üçün ticarət mərkəzinə gedib. Oğurlanmış mallarla qayıdanda dəhşətli sonluqla üzləşib.
“Yeni Gundem” xəbər verir ki, ABŞ-ın Florida ştatında 24 yaşlı Alisiya Mur adlı qadın iki azyaşlı uşağını götürərək Oviedo Mall-dakı Dillard mağazasının qarşısında saxlayıb. Mur iki azyaşlı uşağını avtomobildə qoyub və oğurluq etdiyi üçün naməlum kişi ilə mağazaya daxil olub. Təxminən bir saat mağazada qalan Mur çölə çıxanda avtomobilinin alov içində yandığını görüb.
Polis bildirib ki, Murun yanan avtomobilini görən kimi o, oğurladığı əşyaları yerə ataraq maşınına tərəf qaçıb. Avtomobildə olan uşaqlar ətrafdakılar tərəfindən xilas edilib. Amma uşaqlardan birinin üzündə və qulaqlarında yanıqlar olub.
“New York Post”un xəbərinə görə, yanğın nəticəsində avtomobil tamamilə yararsız hala düşərkən, yanğının səbəbi hələ də tapılmayıb. Digər tərəfdən, bir dəfədə Mur mayın 31-də uşaq baxımsızlığı, yandırma, xırda oğurluq və hücum ittihamları ilə həbs edilib.
Mənbə: TGRT
Aynur Camal